Gəncədə qadın intihara cəhd etdi
8 Noyabr 2016 00:10 (UTC+04:00)
APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhəri, Məshəti qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musazadə Elnadə kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta- ağır olduğu bildirilir. Məlumata görə, Musazadə Elnadə ailə münaqişəsi zəminində intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az