Argentinada 6,2 maqnitudalı zəlzələ olub
13 Noyabr 2016 19:35 (UTC+04:00)
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti yerli vaxtla saat 11.01 (Bakı vaxtı ilə saat 18.01) radələrində baş verən zəlzələnin ocağının Çilesito şəhərindən 20 km şimalda 100 km dərinlikdə yerləşdiyi barədə məlumat yayıb.
Hazırda dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
AzNews.az