Lift şaxtasında güllələnmə - Meyiti otaqda tapıldı
15 Noyabr 2016 10:23 (UTC+04:00)
Lent.az-ın məlumatına görə, Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində - lift şaxtasının otağında güllələnmiş kişi meyiti aşkarlanıb. İlkin araşdırmadan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Hüseynov Ziyafət Paşa oğlu olduğu müəyyən edilib. Onun ov tüfəngi ilə özünü güllələyərək intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az