Dəmir darvaza 10 yaşlı uşağın üstünə düşdü - Öldü

18 Noyabr 2016 11:25 (UTC+04:00)

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 12-də rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərindəki dəmir darvaza düşüb. Nəticədə uşaq aldığı xəsarətdən noyabrın 17-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az