Fransada silahlı şəxs qocalar evinə hücum etdi - 1 nəfəri öldürüb
25 Noyabr 2016 09:59 (UTC+04:00)
AzNews.az xəbər verir ki, silahlı şəxs əvvəllər Afrikada missonerlik fəaliyyətilə məşğul olan 70 nəfər yaşlının olduğu binaya mühafizəçinin əllərini bağlayaraq daxil ola bilib. Cinayətkar polisə zəng edən işçilərdən birini öldürüb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yaşlıları binadan çıxarmaq mümkün olsa da, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları silahlı şəxsi axtarır.
Həmin şəxsin qocalar evinə hücum etməsinin səbəbləri araşdırılır. Yerli polis hadisəni terror aktı hesab etmir.