Polis əməkdaşı dəm qazından boğularaq öldü
27 Noyabr 2016 20:14 (UTC+04:00)
APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Səidov İsmayıl Valeh oğlu kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı Səbail Prokurorluğu tərəfindən araşdırma aparılır.
AzNews.az