Prezidentin kitabına abidə qurdular - Video
28 Noyabr 2016 21:37 (UTC+04:00)
Publika.az xarici mediaya istinadən xəbər verir ki, abidə müvəqqəti olaraq Qissara administrasiyasının binası qarşısında yerləşdirilib.
Abidə daha sonra şəhərin mərkəzinə daşınacaq.
Tacikistan prezidenti onlarla kitab yazıb. "Tarixin güzgüsündə taciklər" həcminə görə ən böyük əsərlərdən biridir. Kitabda beş min il boyunca tacik xalqının tarixi yer alıb. Kitab 2002-ci ildə dərc edilib. "Tarixin güzgüsündə taciklər" Çin, rus, ingilis, alman, ərəb, fars və fransız dillərinə tərcümə olunaraq çap edilib.
AzNews.az