AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılan vəziyyətdə qalan sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:55-də başa çatıb.