AzNews.az Report-a istinadən xəbər verir ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Füzuli Xəlilov yaşadığı evdə özünü iplə asıb.
İlkin ehtimal onun öz canına qəsd etməsinə küllü miqdarda borcunun olması səbəb kimi göstərilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sakinlərin dediyinə görə, F.Xəlilov valyuta alqı-satqısı ilə məşğul olurmuş.