AzNews.az xəbər verir ki, 1 may tarixindən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçilər iPhone 7 və iPhone 5S kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanırlar.
Abunəçilərinə sərfəli qiymətlərlə iPhone 7 və iPhone 5S smartfonlarını əldə etmək imkanı yaradan Azercell eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) üstünlüyünü də verir.
Kampaniyaya qoşulmaq üçün, abunəçilər Baki və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.
Onu da qeyd edək ki, Azercell iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.