Qəzanı törədən 14 yaşlı Ağaəlinin atasından açıqlama - “Bu nədi, yazırsınız?”

4 May 2017 14:38 (UTC+04:00)

F.Fərəcov hadisə ilə bağlı Unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, 14 yaşlı uşağı həbs etməzlər: “Bu nədi, yazırsınız?..”

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Onu da qeyd edək ki, hadisədə vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Salamnews.az saytının məlumatına görə isə Füzuli Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşıdır.

AzNews.az