Obamanın ilk eşqi uğursuz olub - Foto

4 May 2017 18:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama xanımı Mişel Obamadan əvvəl uğursuz eşq macərası yaşayıb. Amerikalı tarixçi Deyvid Qarou Obamanın həyatı ilə bağlı gizli məqamları ortaya çıxıb. Müəllif yeni “Rising Star” adlı kitabında Obamanın həyat hekayəsini qələmə alır. Kitabda qeyd olunur ki, Obama hələ 20 yaşında, Çikaqo şəhərində yaşayan zaman Şeyla Miyoşi Cəqer adlı qıza aşiq olubmuş. Obama sevgilisinə evlilik təklifi də edib. Lakin onun təklifi uğursuz olub. Amerikanın 44-cü prezidentinin təklifi rədd edilib.

Şeyla Miyoşi Cəqer Niderland əsillidir və antropologiya sahəsində çalışıb.

Bəxtiyar Abbasov

AzNews.az