Baş nazirin həmkarı ilə görüşə geyindiyi qyeri-adi corablar - "Ulduz müharibələri"nin fanatı imiş (Foto)

5 May 2017 23:26 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşə qara klassik kostyumda gələn Trüdonun "Ulduzlu müharibələri" filmlərinin qəhrəmanları əks olunmuş corabları sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Məsələ ondadır ki, mayın 4-ü qeyri-rəsmi olaraq "Ulduz müharibələri" filmlərinin fanatlarının bayramıdır.

Qeyd edək ki, bu Kanadanın baş nazirinin ilk belə eksperimenti deyil. O, rəsmi görüşlərə mütəmadi olaraq, qeyri-adi printli corablar geyinir.