AzNews.az xəbər verir ki, müğənni həmin insanların cərimələnməsini tələb edib:
“Sizə yaraşır elə bu gözəlliklər? Onlarda canlıdı, ay insanlıqdan kənar şəxslər... Necə qıyıb bunları edirsiniz? Hərdən düşünürəm ki, bəlkə 5-10 ildən sonra düzələrlər. Amma siz heç vaxt düzəlməyəcəksiniz. Çünki siz elə özünüz kimiləri tərbiyyə edib böyüdəcəksiniz. Bayaq muzeyə giriş qapısının qarşısında iki gənc əlində günəbaxan tumları çırtlayıb qabıqlarını yerə tökə-tökə gəzirdi. Sizə yaraşırmı bu cür “gözəliklər”? Heyf, çox heyf... Bu cür hərəkəti edən şəxslər gərək cərimə edilsin.”
Səmra Rəhimova qeyd edib ki, bu cür şəxslərə qarşı cərimə tətbiq edilərsə, onlar özlərində məsuliyyət hiss edər: “Axı yaxşılıqla başa düşmürsünüz. Yaxşı ki, yolu səhv keçənləri cərimələyirlər. Heç olmasa, yolu keçməyi tam öyrənməsələr də, cərimə haqqına görə məsuliyyət hiss edirlər. Pullarına heyfləri gəlir, amma bu pislikləri edəndə heyvanları, bitkiləri incidində heç veclərinə də olmur.”
Bahar RÜSTƏMLİ
AzNews.az