AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ucar rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 133 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.