AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstan və Amerika Birləşmiş Ştatları faktın doğru olduğunu təsdiqləyiblər.
Məlumata görə, Abdul Hasib 10 gün əvvəl Amerika və əfqan hərbi qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində terrorçunu zərərsizləşdirmək mümkün olub. Əməliyyatlar Nəngərhar vilayətində keçirilib. Əməliyyatlar zamanı iki amerikalı hərbiçi də ölüb.
İddialara baxmayaraq, İŞİD Hasibin öldürülməsini təsdiqləməyib.
Abdul Hasib mart ayında paytaxt Kabildə hərbi xəstəxanada törədilən terror aktı zamanı azı 50 nəfər öldürülməsində ittiham edilir.
Bəxtiyar Abbasov
AzNews.az