Rus bayker qrupu Gürcüstana buraxılmadı

8 May 2017 15:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər naziri müavini Şalva Xuçişvili vəziyyətlə əlaqədar gələn şikayətlərə münasibətində qeyd edib ki, rus baykerlərin ölkə ərazisinə daxil olması arzuolunan deyil və bu, ölkədə böyük narazılıq səbəb olub. Ona görə də, onların sərhəddə qarşısı alınıb.

Nazir müavini onu da əlavə ki, digər Gürcüstana turizm məqsədi ilə gələn motosikletçilərin sərhəddən keçidinə icazə verilib.

Gürcüstan müxalifətçiləri baykerlərin Gürcüstana keçməsi barədə sosial şəbəkələrdə onlara məxsus görüntüləri paylaşmağa başlayıblar. Görüntülərdən birində müxalifətçi Beso Katamadze və bir neçə gənc baykerlərin qarşısını kəsərək motosikletə birləşdirilmiş Rusiya imperiyasının rəmzlərindən biri olan Georgi lentlərini çıxarırlar.

Nazirlik bildirib ki, ölkəyə daxil olan heç bir baykerin üzərində "Gecə canavarları"na məxsus simvol olmayıb. “Bir neçə bayker Gürcüstana turizm məqsədi ilə gəlib. Hər il onlarla bayker müxtəlif məqsədlərlə sərhədlərimizi keçirlər” – deyə Xuçişvili qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az