FTB-nin direktoru işdən qovulub

10 May 2017 09:35 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, iddialara görə, onun ölkənin sabiq dövlət katibi Hillari Klintonun elektron poçtları ilə əlaqədar ötən həftə Konqresə qeyri-dəqiq məlumat verməsi olub.

Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması Ağ Evdə təəccüblə qarşılanıb.

İddiaların əskinə, demokratlar hesab edirlər ki, Ceyms Komi Trampın seçki kampaniyası ilə Rusiya arasında əlaqə olub-olmadığına dair istintaq apardığı üçün vəzifəsindən kənarlaşdırılıb.

Tramp Komiyə yazdığı məktubunda qeyd edir ki, o, ABŞ-ın baş prokuroru General Ceff Seşnın Komi barədə fikirləri ilə razıdır. Seşn Komini büronün işlərini lazımi səviyyədə idarə etməməkdə təqsirləndirib.

Ağ Ev Kominin sələfini təyin etmək üçün dərhal axtarışa başlayıb.

Bəxtiyar Abbasov

AzNews.az