Tramp kürdləri silahlandırmağa qərar verdi- Türkiyə narahatdır

10 May 2017 12:46 (UTC+04:00)

AzNews.az xarici mətbuata istiadən xəbər verir ki, Ağ Evin bu qərarı kürdlərin Suriyanın Raqqa şəhəri uğrunda mübarizəsinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Raqqa şəhəri İŞİD qruplaşmasının “alınmaz qalası” hesab olunur.

Lakin bölgədə kürd üsyançıların silahlandırılması Türkiyə hökuməti üçün arzuolunmazdır. Pentaqonun mətbuat katibi hökumətin Türkiyənin bu məsələ ilə əlaqədar narahatlığından xəbərdar olduğunu bildirib.

Türkiyə hökuməti kürd üsyançıları terrorçu hesab edir və onların Suriyada daha çox əraziyə sahib olmasına qarşı çıxır.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis məsələ ilə bağlı türkiyəli həmkarı Fikri İşıqla telefon əlaqəsi yaradıb. Lakin telefon danışığının təfərrüatları ilə bağlı açıqlama verilmir.

Amerika hökuməti Suriyanın Demokratik Qüvvələrinə daha əvvəl də hərbi dəstək verib. Demokratik Qüvvələr hazırda Tabqa şəhərinin İŞİD terrorçularından təmizləməyə çalışırlar.

Bəxtiyar Abbasov

AzNews.az