İnşaat materialları mağazasının yaxınlığına silah-sursat tapıldı

11 May 2017 20:38 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqaşlı kəndi ərazisində əl qumbaralarının olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Ərazidən tapılan silah-sursatın sayı barədə hələlik məlumat yoxdur. Partlayıcı maddələrin Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən inşaat materialları mağazasının yaxınlığına kim tərəfindən atıldığı məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.