19 yaşlı satıcı özünü asdı

15 May 2017 09:56 (UTC+04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Novxanı bağlarında 1998-ci il təvəllüdlü Elvin Elçin oğlu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

E. Quliyev Novxanıdakı marketlərdən birində satıcı işləyirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az