AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pxenyan iddia edir ki, bu raketlər böyük miqyaslı nüvə başlıqları daşımağa qadirdir.
Sınaq zamanı istifadə olunan raket 2 min kilometr hündürlüyə qalxıb və 700 kilometr məsafə qət edərək Yaponiyanın qərbində dənizə düşüb.
Şimali Koreyanın dəfələrlə icra etdiyi raket sınaqlarının hamısı uğurlu olmayıb. Lakin bütün sınaqlar beynəlxalq səviyyədə təlaşa və etirazlara səbəb olur.
Birləşmiş Millətlər Təşkilatının qanunlarına ziddidir və BMT rəsmiləri rəsmi Pxenyana qarşı sanksiyalar tədbiq ediblər.
Amerika Birləşmiş Ştatları və Yaponiya vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıblar. İclasın sabah baş tutacağı gözlənilir.
Bəxtiyar Abbasov
AzNews.az