50 yaşlı kişi bıçaqlandı

15 May 2017 13:52 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhər sakini, 1967-ci il təvəllüdlü Gülbudaq Şirinov bıçaqlanıb.

O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzNews.az