Polşada NATO hərbi qüvvələrinin təlimləri başladı

15 May 2017 14:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təlimlər Polşa hərbi qüvvələrinin iştirakı ilə keçirilir.

Briqada generalı Yaroslav Qromadzinskiy bildirib ki, “PUMA” əməliyyatları altında baş tutan təlimlər briqada tərkibinə yeni batalyon daxil olduqda komandanlıq elementlərinin sinxronlaşdırılması məqsədi daşıyır.

Əsgərlər ərazinin müdafiəsi təlimlərində iştirak edəcək, komandirlər isə çoxmilli əsgər qruplarının idarə olunması yollarını sınaqdan keçirəcək. Batalyon 15-ci mexanikləşdirilmiş briqadaya tabedir. Ona görə biz batalyonu briqadadan idarə edəcəyik.

Təlimlərdə bütün növ hərbi texnikadan – tanklardan, piyada qoşunu döyüş avtomobillərindən, artilleriyadan və hava hücumundan müdafiə sistemlərindən istifadə olunur.

2016-cı ildə keçirilən sammitə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin bu ölkələrdə yerləşdirilməsinə dair qərar qəbul olunmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az