Azərbaycan Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib. O, Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb.
Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.
Boksçumuz mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.
Qeyd edək ki, T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.