AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Villem-Aleksandr sərnişin avialaynerlərində pilot kimi fəaliyyət göstərdiyini bildirib. Lakin onun kimliyi indiyə qədər gizli saxlanılıb. Monarx ayda 2 dəfə “KLM Cityhopper” aviaşirkətinə məxsus təyyarədə ikinci pilot kimi uçuşları icra edib.
Bu aviaşirkət əsasən, Avropa daxilində uçuşlar həyata keçirir.
Kral şturvalın arxasında uca səslə sərnişinlərə müraciət edirmiş. Lakin bəzi sərnişinlər onun səsini tanıyırmış.
Villem-Aleksandr qeyd edib ki, yaxın illərdə o, öz ixtisasını təkmilləşdirərək “Boeing 737” tipli təyyarəni hava qaldırmağı düşünür.
Bəxtiyar Abbasov
AzNews.az