AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonu, Qəzli kəndi vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Ev əşyaları yanğından mühafizə olunub. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.