AzNews.az Trend-ə istinadən xəbər verir ki, kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.
İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.