Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışların dördüncü günündə 61, 70, 86 və 125 kiloqram çəkidə aşağıdakı sərbəst güləşçilər mübarizə aparacaqlar:
1/8 finalda 61 kiloqramda Hacı Əliyev - S.Myradov (Türkmənistan);
1/4 finalda 70 kiloqramda Murtuz Müslümov - Z.Dama (Türkiyə);
1/8 finalda 86 kiloqram N.Al Mushatta (İraq) - Şərif Şərifov;
1/4 finalda 125 kiloqramda Cəmaləddin Məhəmmədov - R.Alkrad (Suriya).
İlkin görüşlər saat 10:00-da, final görüşləri saat 18:00-da başlayacaq.