Azexport Antalyada keçirləcək sərgiyə dəvət alıb

20 May 2017 12:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərgidə yerli şirkətlərlə yanaşı Rusiya, İtaliya, Türkiyə, İran, Hindistan, Qazaxıstan, Yunanıstan və Niderland Krallığından olan şirkətlərə Azexport portalının fəaliyyəti və nəaliyyətləri barədə məlumatlar təqdim olunub. Portalın fəaliyyəti haqqında məlumatlandırılan xarici şirkətlər portalla sıx əlaqələr qurmağa hazır olduqlarını bildiriblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbovanın verdiyi məlumata görə, Türkiyənin kənd təsərrüfatı üzrə təşkil olunan sərgilərindən ən çox ziyarətçi cəlb etməsi ilə seçilən “Growtech Euroasia” şirkətinin direktoru Engin Er Azexport portalının və Elektron Ticarət Qovşağının fəaliyyətini yaxşı təcrübə hesab edərək, bu ilin noyabrında Antalyada keçiriləçək “The Global Engagement of Agriculture and Technology” sərgisində portalın qonaq qismində iştiraka dəvət ediblər. Qeyd olunan sərgidə 85-dən artıq ölkədən olan 800 –dək aparıcı şirkətlərin stendlərinin 85 mindən artıq ziyarətçisinin olaçağı gözlənilir.

Portalın “Səyyar Xidmət Mərkəzi”-nin ziyarətçiləri sırasında dünyanın 46 ölkəsində nümayəndəliyi və 270-dən artıq xidmət mərkəzi olan ixracdan əvvəl inspeksiya xidmətləri göstərən TUV AUSTRİA şirkətinin direktoru - Mustafa Percincek də olub. Azexport haqqında ətraflı məlumat alan Mustafa Percincek şirkətin portalla ən qısa zamanda əməkdaşlığa başlamaqda maraqlı olduqlarını bildiriblər.

Regionun önəmli kənd təsərrüfatı tədbiri hesab olunan və 3 gün davam edən sərgidə 28 ölkədən 331 şirkət təmsil olunub. Sərgidə Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan, Ukrayna ilə yanaşı Azərbaycanın çoxsaylı yerli şirkətləri yer alıb.

AzNews.az