Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün “Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançıların mükafatlandırılması mərasimində deyib.
Ç.Hüseynzadə bildirib ki, bundan sonra da biz idmançılarımızdan növbəti medallar gözləyirik:
"Bu növbəti “Zəfər günləri”ndə də bütün idmançılarımıza uğurlar diləyirik. Azərbaycan idmanını belə yüksək səviyyəyə qaldıran bütün insanlara, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər kəsə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu oyunlar bizim üçün böyük uğurla başa çatacaq".
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
AzNews.az