AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ömrünü qəbiristanlıqda başa vurmuş Bərdə sakini elə oradaca dəfn olunub. O, öz istəyi ilə belə etdirib. Hətta onun məzarı qəbiristanlıqda yaşadığı otaqdakı yatağının altında əvvəldən hazır olub. Daha da qəribəsi o özündən əvvəl vəfat etmiş övladlarını da fərqli şəkildə dəfn etdirib.
Qəbiristanlığı özünə ev seçən kişi öldükdən sonra öz istəyinə uyğun olaraq həmin yerdə dəfn olunub.
Övladlarınının hamısını eyni qəbrdə, mərtəbəli şəkildə dəfn etdirib. Məqsədi hər qəbir üçün əlavə yer tutmamaq olub.
Özü də öldükdə yaşadığı otaqda, yatağın altında özü üçün əvvəlcədən qazıb hazırladığı qəbrdə dəfn edilib.