“Baku” restoranında faciə - Dönərçini elektrik cərəyanı vurdu

22 May 2017 16:47 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında qeydə alınıb.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib . O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.

AzNews.az