Zəvvarla dolu avtobus qəzaya uğradı – 21 nəfər öldü

24 May 2017 11:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dharasu şəhərində qeydə alınıb.

Avtobus dərənin dibindəki çaya düşüb. Xilasedicilər meyitləri çaydan çıxarıblar. Bir neçə nəfər isə itkin hesab olunur. Hökumət ölənlərin ailəsinə kompensasiya verəcəyini bildirib.

Qəzanın baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub.

Sözügedən ştat zəvvar turizmi ilə məşhurdur. Ştatın ibadət məbədləri hər il minlərlə turisti cəlb edir.

Bəxtiyar Abbasov

AzNews.az