Trend-in məlumatına görə, 3 gün davam edəcək qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Qeyd edək ki, 4500-dən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.
Xatırladaq ki, ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb.
AzNews.az