APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Şirvan sakinləri, 1966-cı il təvəllüdlü İsmayılova Fəridə Ələkbər qızı və 1975-ci il təvəllüdlü Əsədova Səbinə Tofiq qızını vurub. Hər iki qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsində yardım alıb. Onların həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az