Kriştianu Ronaldu həbs oluna bilər– Vergilərdən yayınıb

25 May 2017 13:04 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın maliyyə rəsmiləri Ronaldoya qarşı hüquqi proses başladıb.

İddialara görə, Ronaldu maliyyə qurumlarından 8 milyon avro gizlətməyi bacarıb.

İddialara dair əsaslı dəlillərin olduğu üzə çıxıb.

Məlumata görə, Ronaldu İspaniyanın Real Madrid klubuna transfer olmadan əvvəl 2009-cu ildə əldə etdiyi imic gəlirlərini Vircin adalarında müxtəlif şirkətlərə yatırıb. O, burada 150 milyon avro toplayıb.

Bəxtiyar Abbasov

AzNews.az