APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya teatr xadimləri İttifaqından bildirilib.
Varvara Şurkovetskaya 1913-cü ildə Pyatiqorsk şəhərində dünyaya gəlib. Aktyorluq fəaliyyətinə 1930-cu illərdə, Aşqabad Rus Dram Teatrında başlayıb. İkinci Dünya müharibəsi dövründə cəbhədə hərbçilər qarşısında konsert və tamaşalarla çıxış edib. Müharibə dövründə bir neçə medalla təltif edilib. Rostov Komediya Teatrında, daha sonra isə M.Qorki adına Rostov Dram Teatrında fəaliyyətini davam etdirib.
“Pəncəni ver dost!” filmində, “Nadejda Durova”, “Sərkərdə Suvorov”, “Port-Artur” və s. tamaşalarda oynayıb.
AzNews.az