AzNews.az Report-a istinadən xəbər verir ki, BNA rəsmisi Mayis Ağayev bildirib ki, agentlik sürücülərin qayda-qanunlara əməl etməsini təmin etmək üçün konkret addımlar atmağa başlayıb:
"Yaxın zamanda ictimai nəqliyyatda çalışan bütün sürücüləri məcburi şəkildə yeni yaradılan və İslam Oyunlarının nəqliyyat əməliyyatlarının aparıldığı sürücü təlim mərkəzində təlimlərə cəlb edəcəyik. Həmin təlimdə sürücülərə həm nəzəri biliklər, eyni zamanda tərübi bilklər aşılanacaq. Təlimdə situmlyator vasitəsilə abtobusun düzgün idarə edilməsi, dayanacağa yaxınlaşması, əyləci qəfil basması kimi vacib hallarla bağlı məqzmlara xüsusi diqqət yetiriləcək".
Onun sözlərinə görə, sürücülər təlim mərkəzinə cəlb olunduqdan sonra daşıyıcılar qarşısında müəyyən tələblər qaldırılcaq: "Bakı Nəqliyyat Agentliyinin təlimindən keçməyən sürücülərin işə qəbul olunmaması ilə bağlı tövsiyələr irəli sürüləcək. Hazırda çalışan sürücülərin də hər biri həmin təlimlərə cəlb ediləcək".