Bunu AzNews.az-a açıqlamasında “N brothers” qrupunun rəhbəri Namiq Qafarov bildirib. O, 2017-ci ilin rəhbərlik etdiyi qrupa düşərli olmadığını deyib:
“Həyatda böyük varlığım olan anamı itirdim. Anam xəstəydi. 8 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mən onu bu xəstəlikdən qoruyub saxlayırdım. Vaxtlı-vaxtında müalicə olunurdu. Türkiyə, İran və s. ölkələrə apardım. Onun müalicəsinə 100 minə yaxın pul xərclədim. Anam üçün hər şey etməyə hazır idim. Nə yazıq ki, yaş imkan vermədi, 80 yaşı vardı. Yaş da öz rolunu oynayır. Ürək ağır dərmanlara dözmədi.”
Namiq Qafarov hələ yasda olduğunu və bu səbəbdən də yaradıcılığa ara verdiyini deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az