AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 90 nəfərin öldüyü, 380 nəfərin yaralandığı bildirilir.
Almaniya səfirliyinin əməkdaşı Əfqanıstan vətəndaşıdır. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ölən şəxsin ailəsinə başsağlığı verib.
Yaralılar arasında, “BBC” telekanalının əməkdaşları da var.
Bir qədər əvvəl İran səfiri Məhəmmədrza Bəhraminin də partlayış nəticəsində yaralandığı qeyd olunurdu.
Amerika Birləşmiş Ştatları ABŞ vətəndaşlarını Kabilə səyahət etməkdən çəkinməyə çağırıb.
Bəxtiyar Abbasov
AzNews.az