Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb.
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.