AzNews.az Virtualaz.org -a istinadən xəbər verir ki, tıxacın yaranmasına səbəb yolda hərəkət edən ot bağlamaları ilə dolu “TIR”-ın alışaraq yanmasıdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yük qoşqusuna həddindən artıq hündürlükdə ot tayası vurulması onun yolun üzərindən keçən elektrik xəttinə toxunmasına səbəb olub. Yaranmış qısaqapanma nəticəsində quru ot yanaraq yola dağılmağa başlayıb və ətrafı qatı tüstü bürüdüyündən göz-gözü görmür. Bu da avtomobillərin yolda hərəkətini dayandırmasına səbəb olub.
Hazırda hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovu söndürməklə məşğuldurlar.