AzNews.az istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda “İnter” üzərində 2:0 hesablı qələbə qazandıqları oyun haqda danışarkən deyib:
"Himn oxumamaq vətəni sevib-sevməmək anlamına gəlmir. Rahidin necə əxlaqa sahib olduğunu da bilirik, vətənə sevgisini də. Açığı, bu barədə məlumatım yox idi. Azərbaycan futboluna 12-15 il xidmət edən futbolçulara hörmət etmək lazımdır. Rahid nümunəvi futbolçudur. Bir futbolçu və azərbaycanlı kimi həmişə Əmirquliyevə qibtə etmişəm."
Qeyd edək ki, hazırda millimizin kapitanı olan Rahid Əmirquliyev Almaniya ilə səfər oyununda Azərbaycan dövlət himnini oxumadığına görə tənqidlərə tuş gəlmişdi.