Bakıda idman müəllimi şagirdini döydü

14 Oktyabr 2017 15:31 (UTC+04:00)

APA-nın məlumatına görə, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

AzNews.az