Bakı əhalisinə göstərilən xidmətlərin dəyəri nə qədərdi?

1 Aprel 2018 20:04 (UTC+04:00)

AzNews.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 498,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,4 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artaraq 624,8 milyon manat olub. 2018-ci ilin yanvar-fevral ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 163,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.