Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.
Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.