“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

2 Aprel 2018 15:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilir. İsveçrə sistemi üzrə keçirilən bu turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Serbiya və Qazaxıstandan 50-dən çox gənc şahmatçı iştirak edir. Gənc istedadlı şahmatçıları həmişəki kimi “Bakcell”dən maraqlı hədiyyələr gözləyir.

Bakcell şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş geniş miqyaslı layihələri həyata keçirir.