Narkotik alverçisi edam edildi

3 Aprel 2018 17:37 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, edam bu gün Mədinədə həyata keçirilib.

Abdullah Havas əş-Şəlal adlı suriyalı üzərində çoxlu miqdarda amfetamin həbləri ilə yaxalanmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, üzərində narkotik maddə gəzdirən və bu maddənin alqı-satqısını həyata keçirən şəxsləri edam gözləyir.