“Onlara 5 milyard dollar verəcəkdik, sonra imtina etdik” - Ərdoğan

7 Aprel 2018 20:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezient Ərdoğan bildirib ki, alınan son rəqəmə görə, Afrində 4000 terrorçu məhv edilib.

“Mən hələ Şimali İraqda, xaricdə və daxildəkiləri demirəm. Onları əlavə edərsəm 4 min 200, 4 min 300 deyə bilərəm. Fransa, terrora dəstək olursan. Bunların hesablarını verə bilməyəcəksiniz, sonra isə bu terror bəlasından xilas ola bilməyəcəksiniz. Terrorçuların Almaniyada nə etdiyini görürsünüz? Bu Fransada da olacaq. Qərb terrorçuları dəstəklədikcə batacaqsınız. Bizim Beynəlxalq Valyuta Fonduna borcumuz yoxdur. Onlar bizdən istədi. 5 milyard dollar verəcəkdik, sonra imtina etdik”, -deyə prezident bildirib.